İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin heç vaxt  üzünü görmədiyi atasının yanında basdırılıb  

Priqojin demək olar ki, heç vaxt üzünü görmədiyi atasının yanında dəfn edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Vaqner”in rəhbəri Sankt-Peterburqda Poroxovski qəbiristanlığında son mənzilinə yola salınıb.

Qeyd edək ki, Priqojin bütün uşaqlığını ögey atası Samuil Jarkiy ilə keçirib. Mərasim dar bir çərçivədə saat 13:00-da baş tutub - guya mərhum "aşpaz"ın yaxınları belə arzulayıblar.

Priqojinin məzarı üzərində xaç, onun adı yazılmış kiçik lövhə və İosif Brodskinin "Gözəl dövrün sonu" kitabından sitat var. Şeir resitativ şəkildə “ölü yoxsa diri” sualını verir. Elə mətbuat da bu suala cavab ala bilməyib: çünki kənar adamlar onu tabutda görməyiblər.

Jurnalistlər dəfn yerini Sankt-Peterburqun başqa yerlərində: Serafimovskoye, Severnı və Beloostrovskoye qəbiristanlıqlarında axtarıblar. Şimal qəbiristanlığında “Rover” ləqəbli 47 yaşlı Valeri Çekalovun vida mərasimi keçirilib. Çekalov Priqojinlə bağlı şirkətlərə, o cümlədən Müdafiə Nazirliyi ilə hərbi müqavilələr bağlayan qurumlara rəhbərlik edib.

Serafimovskoye məzarlığında isə Rusiya  Dövlət Dumasının deputatı (RLDP) Vasili Vlasovun, həmçinin Vahid Rusiyanın qurucusu Boris Qrızlovun oğlu Dmitri Qrızlovun görünməsi diqqət çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR