İnsanlara hürriyət, millətlərə istiqlal!

Primakov: “Ermənilər özlərini yaxşı aparmırlar”  



“Ermənistan hakimiyyətinin Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovun respublikaya buraxmaqdan imtina etməsi “çox yaxşı əlamət deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər (ruslar-red.) və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbəri Yevgeni Primakov deyib.

Primakovun sözlərinə görə Rusiya Xarici işlər nazirliyi Ermənistan elitalarının Ruisyadakı iştirakı ilə bağlı müvafiq bəyanat verib.  Primakov daha sonra rəhbərlik etdiyi qurumun Ermənistandakı uğurlu fəaliyyətindən danışıb.

Xatırladaq ki, bu ilin avqustun 24-də Rusiya-Ermənistan Əməkdaşlıq Cəmiyyətinin sədri Viktor Krivopuskovun Ermənistana girişinə qadağa qoyulub.

Bundan öncə, 2022-ci ilin oktyabrında RT-nin baş redaktoru Marqarita Simonyanın və Dövlət Dumasının deputatı Konstantin Zatulinə müvafiq yasaq gətirilib

2023-cü il martın 8-də jurnalist, “News Media” nəşriyyatının baş direktoru və prezidenti Aram Qabrelyanov Ermənistana buraxılmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR