İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentliyə namizəd sağlam olduğunu sübüt etmək üçün GÖRÜN NƏ ETDİ - VİDEO

Nigeriyada 2023-cü ilin fevralına planlaşdırılan seçkiqabağı işlərə başlanılıb.

Musavat.com xəbər verir ki, hakim partiyanın Bütün Tərəqqiçilər Konqresinin prezidentliyə namizədi, 70 yaşlı Bola Ahmed Tinubu prezidentlik uğrunda yarışdan geri çəkildiyi ilə bağlı iddialara və səhhəti ilə bağlı yayılan şayiələrə maraqlı cavab verib.

Tinubu sağlam olduğunu sübut etmək üçün sosial media hesabında velosipedlə idman edərkən görüntülərini paylaşıb.

"Bəzi insanlar öldüyümü söyləyir, digərləri prezidentlik yarışından çəkildiyimi iddia edir. Həqiqət budur ki, mən güclüyəm, sağlamam və nigeriyalılara xidmət etməyə hazıram”.

Qeyd edək kiŞ Bola Tinubu dizindəki bir xəstəlik səbəbindən keçən il Londonda 3 ay müalicə olunmuşdu.

Seçkilərdə Tinubunun əsas rəqibi olan 75 yaşlı Atiku Abubakarın da səhhətində problemlər olduğuna dair iddialar səslənir və Əbubəkar bunu təkzib edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR