İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət qulluğu haqqında” qanununa dəyişikliyi təsdiqləyib.

Bundan başqa, səlahiyyətli nümayəndənin müavinlərinin inzibati vəzifələrin ikinci təsnifatına, eləcə də nümayəndəlikdə mütəxəssislərin vəzifələri isə inzibati vəzifələrin üçüncü təsnifatına daxil edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR