İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin köməkçisi: "Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan cavab gözləyirik"

"Biz bir il yarımdan artıq müddətdir ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdə nələrin olacağı ilə bağlı Ermənistandan bir cavab gözləyirik. Ermənistan düşünməyinə davam etsin. Ancaq biz praktiki olaraq işimizi görməkdə də davam edirik".

Musavat.com-un xəbərinə görə, bunu Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibəsində deyib.

Prezidentin köməkçisi bildirib ki, bu gün Azərbaycanla İran arasında bir sənəd imzalanacaqdı: "Həmin razılaşmaya görə Zəngilanın Ağbənd qəsəbəsindən avtomobil və dəmiryolu vasitəsilə İrana və oradan keçərək Naxçıvana, oradan isə Türkiyəyə keçə biləcəyik. Biz Avrasiya qitəsində artıq yeni bir dəhlizin əsasını qoymuş oluruq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR