İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident seçkilərindən sonra NƏLƏR DƏYİŞƏCƏK? – prezidentliyə namizəd Fazil Mustafa CANLIda

Ölkədə prezident seçkilərinin təbliğat dönəmi başlanıb. Bu ərəfədə prezidentliyə namizədlər öz kampaniyalarını aparır, seçicilərlə görüşür, teledebatlarda iştirak edirlər.

Amma cəmiyyətdə seçki mühitinin olmaması, seçicilərə vədlərin verilməməsi, seçki həyəcanının hiss olunmaması ilə bağlı iddialar, fikirlər var. Eyni zamanda seçki ilində cəmiyyətin hökumətdən gözlədiyi addımlar, namizədlərdən isə gözlədiyi vədlər var.

Bunlar gündəmdə olmadığı üçünsə ciddi suallar yaranır. Və ən önəmlisi, seçkilərdən sonra ölkənin və ölkə vətəndaşlarının həyatında nələr dəyişəcək? Ciddi kadr islahatlarının olacağı ilə bağlı anonslar verilir. Bunlar nə dərəcədə haqlıdır? Hərbi-müdafiə sahəsindəki bəzi addımlar nəyin anonsudur?

Bu və gündəmdəki bir çox məsələləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində millət vəkili, prezidentliyə namizəd Fazil Mustafa ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR