Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın həyata keçirilməsi ilə bağlı xərclər üçün gələn ilin dövlət büdcəsindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Eyni zamanda, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın həyata keçirilməsi ilə bağlı xərclər üçün 5,0 milyon manat vəsait yönəldiləcək.//APA
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ