Onlayn ictimai-siyasi qəzet
Budapeştdə Rusiya-ABŞ danışıqlarının təşkili təşəbbüsü Amerika tərəfdən gəlib.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Coğrafiya Cəmiyyətinin qurultayından sonra keçirilən mətbuat konfransında deyib.
Putin bildirib ki, ABŞ həm görüşün keçirilməsini, həm də yerini təklif edib və o, bu təşəbbüsə müsbət yanaşıb.
Rusiya lideri ABŞ prezidenti Donald Trampın Budapeştdə danışıqların ləğvi ilə bağlı açıqlamasını şərh edərkən qeyd edib:
“Əlbəttə, bu cür görüşlərə ciddi hazırlaşmaq lazımdır. Mənim və Amerika prezidentinin görüşə yüngül yanaşıb, gözlənilən nəticə olmadan getməsi səhv olardı”.
O əlavə edib ki, “tədbirə hazırlıqsız yanaşmaq doğru olmaz”.
Musavat.com
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ