İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident FƏRMAN imzaladı

Azərbaycanda telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin müəyyən edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Musavat.com xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Prezidentin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmanda əks olunub.

Fərmana görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tarifləri müəyyənləşdirərkən İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəylərini nəzərə alacaq.

Qeyd edək ki, indiyənədək tariflər qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR