Onlayn ictimai-siyasi qəzet
Ukraynanın "Avropa Həmrəyliyi" partiyasının sədri Pyotr Poroşenko Ali Radada çıxışı zamanı deputatları Rus Pravoslav Kilsəsi (RPK) ilə bağlı Maykl Ceksonun çıxışına baxmağa dəvət edib.
Oxu.Az "Focus"a istinadən xəbər verir ki, Ukrayna sosial şəbəkələrində bu anı əks etdirən video yayılıb.
Görünür, Poroşenko ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun adını mərhum pop ulduzu ilə səhv salıb.
"Rus Pravoslav Kilsəsinin Ukraynanın ürəyinə zərbə olduğunu söyləyən Maykl Ceksonun çıxışına baxın", - Poroşenko tribunadan deyib, lakin səhvini hiss etməyib.
Sosial şəbəkə istifadəçiləri deputatdan Ceksonun bu barədə hansı mahnıda oxuduğunu dəqiqləşdirməsini istəyiblər.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ