İnsanlara hürriyət, millətlərə istiqlal!

Pompeo Kim Çen Inla ilk görüşündən yazıb –"Dedi, məni öldürmək istəyirsən?!"

 ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo öz memuralarında Koreya lideri Kim Çen Inla 2018-ci ilin martında keçirdiyi görüşü barədə yazıb.

Azpost.info Fox News Digital-a istinadən bildirir ki, Pompeo Kim Çen Inı “balacaboy, tərli və zalım adam” adlandırıb. “O, öz cazibəsindən kütləvi qətllər törədən qatil obrazını dağıtmaq üçün istifadə etməyə cəhd edirdi”-deyə sabiq dövlət katibi “Bir dyum da geri çəkilmə: Sevdiyim Amerika uğrunda mübarizə” adlı kitabında yazıb.

Pompeonun sözlərinə görə, Kim Çen In ona “cənab direktor, mən guman etmirdim ki, sən bura gəlib çıxacaqsan. Bilirəm ki, sən məni öldürmək istəmisən”-deyə müraciət edib.

Qeyd edək ki, Pompeo dövlət katibi olmazdan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru postunu tutub.

Kim Çen In da Pompeoya dövlət katibi kimi yox MKİ direktoru kimi müraciət edib.

“Mən və komandam görüşdə baş verə biləcək məqamlara hazırlaşmışdıq. Amma “sui-qəsd barədə zarafat siyahıda yox idi. Onun salamlaşma vaxtı bu sözü deyəcəyini gözləmirdim”-deyə Pompeo yazıb. “Öz məxsusi yumorumudan istifadə etmək qərarına gəldim”.

“Cənab sədr, mən hələ də sizi öldürməyə cəhd edirəm”-deyə Pompeo zarafatyana cavab verib. Bu cavabdan Kim gülümsəyib. “Mənə elə gəldi ki, ö zarafat etdiyimə əmin idi”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR