Onlayn ictimai-siyasi qəzet
Özbəkistan alimləri COVID-19-a qarşı pomidordan TOMAVAC adlı peyvənd yaradıblar.
Musavat.com xəbər verir ki, bu barədə "Frontiers" tədqiqat jurnalı məlumat yayıb.
Jurnal yazıb ki, elm adamları xüsusi vektorlara koronavirusun antigen zülalı S1-i kodlayan gen fraqmentini daxil edib və onu pomidor hüceyrələrinin genomuna inteqrasiya ediblər. Belə ki, bu pomidoru yeyən şəxs koronavirusa qarşı peyvənd olunmuş sayılır.
Əvvəllər yerli KİV-də pomidor əsaslı peyvəndin yaradılması barədə məlumat yayılsa da, hazırda vaksin Daşkənddəki Əczaçılıq İnstitutunun Dərmanların Standartlaşdırılması Elmi Mərkəzində könüllülər və heyvanlar üzərində sınaqdan keçirilib.
Tədqiqatlar Genomika və Bioinformatika Mərkəzinin institusional şurası tərəfindən təsdiq edilib.
Yerli KİV-in məlumatına görə, bu, COVID-19-a qarşı ilk belə vaksindir.
Qeyd olunub ki, alimlər 2021-ci ilin yanvarından onun yaradılması üzərində işləyirlər.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ