İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşaya döyüş krediti: ABŞ-dan Avropanın şərq qalasına 4 milyard dollar

Polşa və ABŞ-ın müdafiə nazirlikləri, Xarici Hərbi Maliyyələşdirmə (Foreign Military Financing – FMF) proqramı çərçivəsində Varşavaya 4 milyard dollar məbləğində kredit zəmanətlərinin verilməsinə dair saziş imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Sənədin imzalanma mərasimində çıxış edən Kosinyak-Kamyş qeyd edib ki, Polşa ABŞ-ın bu proqramı üzrə ən böyük benefisiara çevrilib. “Foreign Military Financing proqramı çərçivəsində ABŞ Polşaya 4 milyard dollarlıq kredit zəmanəti verəcək. Bu vəsait Polşa Silahlı Qüvvələrinin modernləşdirilməsinə yönəldiləcək,” – deyə nazirlik əlavə edib.

ABŞ Polşanın əsas müdafiə tərəfdaşıdır. Varşava ABŞ-dan F-35 qırıcı təyyarələri, 96 ədəd Apache AH-64 hücum helikopteri, aviasiya raketləri, Abrams tankları və Patriot hava hücumundan müdafiə sistemləri alır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR