Onlayn ictimai-siyasi qəzet
Polşa hökuməti NATO müqaviləsinin 4-cü maddəsinin işə salınmasını tələb edib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk parlamentdə çıxışı zamanı məlumat verib.
Qeyd edək ki, 4-cü maddə üzv dövlətlərə Şimal Atlantika Şurasında məsələ qaldırmaq və ölkənin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə təhdid olub-olmadığını müəyyənləşdirmək üçün müzakirələr aparmaq imkanı yaradır.
“Şübhə yoxdur ki, bu təxribat Polşanın mövqeyindən əvvəlkilərlə müqayisədə daha təhlükəlidir. Bu, sadəcə ukraynalıların müharibəsi deyil, Rusiyanın bütün azad dünyaya elan etdiyi qarşıdurmadır”, – deyə Tusk vurğulayıb.
Qeyd edək ki, NATO müqaviləsinin 4-cü maddəsi üzv dövlətlərdən hər hansı birinin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə təhlükə yarandığı halda məsələni müzakirəyə çıxarmaq hüququ verir. Bu maddə işə salındıqda Şimal Atlantika Şurasında təcili məsləhətləşmələr aparılır və vəziyyətin qiymətləndirilməsi üçün siyasi qərarlar qəbul olunur.
4-cü maddə kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddədən fərqlidir. 5-ci maddə bir üzv ölkəyə silahlı hücum baş verərsə, bütün NATO ölkələrinin ona hərbi yardıma gəlməsini öhdəlik kimi təsbit edir. 4-cü maddə isə məhz konsultativ və preventiv mexanizm rolunu oynayır və çox vaxt 5-ci maddəyə keçidin ilkin mərhələsi kimi qəbul edilir.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ