İnsanlara hürriyət, millətlərə istiqlal!

Polineziya partiyasının rəhbərliyi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib

Fransanın dənizaşırı ərazisi olan Polineziyanın suverenliyi uğrunda mübarizə aparan “Tavini Huiraatira” partiyasının rəhbərliyi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

"Report" xəbər verir ki, bu barədə partiyanın baş katibi Viktor Maamaatuaihutapunun Azərbaycanın rəsmi şəxsləri və təşkilatlarına ünvanladığı məktublarda vurğulanıb.

Təşəkkür məktubları Milli Məclisin rəhbərliyinə, Medianın İnkişafı Agentliyinə (MEDİA), Bakı Təşəbbüs Qrupuna (BİG), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO), eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Milli Onkologiya Mərkəzinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına göndərilib.

Məktublarda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mayın 29-dan iyunun 2-dək “Tavini Huiraatira” siyasi partiyasının nümayəndələrinin Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR