İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK-nın daha 4 terrorçusu zərərsizləşdirilib


Türkiyənin bir sıra vilayətlərində aprelin 15-dən etibarən həyata keçirilən “Eren Abluka” əməliyyatı çərçivəsində PKK-nın 4 terrorçusu zərərsizləşdirilib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Daxili işlər naziri Süleyman Soylu PUA və kəşfiyyat müşahidə ilə Hakkari vilayətində yerləri müəyyən edilən terrorçuların havadan dəstəkli əməliyyatla zərərsizləşdirildiyini bildirib.

DİN PKK silahlılarına qarşı əməliyyatların regionda terror təhlükəsi tamamilə aradan qaldırıldıqdan sonra başa çatacağını açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR