İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK hücumuna Türkiyənin cavabı - 11 terrorçu... - VİDEO

Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. 

Musavat.com-un "Hurriyyet"-ə istinadən məlumatına görə, açıqlamada deyilir: “PKK/YPG terrorçuları Tel Rıfatdan Öncüpınar Sərhəd Qoşunlarımızın cavabdehlik ərazisinə çoxbarrelli raket hücumu həyata keçirib. Bölmələrimizdə hər hansı itki olmasa da, özünümüdafiə çərçivəsində müəyyən edilmiş terrorçu hədəflər güclü şəkildə vurulub".

Açıqlamada həmçinin qeyd edilib ki, Tel Rıfatdan Öncüpınar Sərhəd Qoşunlarının məsuliyyət bölgəsinə çoxbarrelli raket hücumu həyata keçirilib. Terror hədəflərinə qarşı atışmaları davam edərkən 11 PKK/YPG terrorçusu zərərsizləşdirilib: "Terror hədəflərinə qarşı atəş dəstək maşınlarımızla atışmalar davam edərkən, ilkin təyinatlara görə 11 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Biz heç bir terror aktını cavabsız qoymamışıq və qoymayacağıq!”.

Qeyd edək ki, Suriyanın şimalında terror təşkilatı YPG/PKK üzvlərinin atdığı raketlər Öncüpınar Sərhəd Qapısı bölgəsindəki boş əraziyə düşüb.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR