İnsanlara hürriyət, millətlərə istiqlal!

"Pike "Barselona"nın prezidenti ola bilər" - Xavi

"Barselona"nın baş məşqçisi Xavi karyerasını başa vurmaq qərarı verən Jerar Pikenin kluba mümkün qayıdışı ilə bağlı danışıb.

Qol.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında Pikenin klubda istənilən vəzifədə çalışmaq potensialının olduğunu bildirib:

"O, prezident kimi və ya hər vəzifədə çalışa bilər. Şəxsiyyət, liderlik baxımından onun kifayət qədər potensialı var”.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pike 2004-cü ildə "Mançester Yunayted"ə keçib. 2006-cı ildə müdafiəçi "Real Saraqosa"ya bir illik icarəyə verilib. 2008-ci ildə isə Kataloniya klubuna qayıdıb. O, bu gün La Liqanın 13-cü turunda "Almeriya" ilə "Nou Kamp"da keçiriləcək oyunun onun üçün sonuncu olacağını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR