İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian Urmiya gölünün taleyini azərbaycan dilində müzakirə etdi-VİDEO

İran prezidenti Məsud Pezeşkian Urmiya gölünün quruması ilə bağlı yerli rəsmilər və mütəxəssislərlə aparılan müzakirələri azərbaycan dilində aparıb.

Musavat.com xəbər verir ki,  barədə İran mediasında məlumat yayılıb.

Məlumata görə, prezident Pezeşkian daha öncə də Cənubi Azərbaycanın müxtəlif bölgələrindəki yerli idarəçilərlə rəsmi yazışmaları ana dildə – azərbaycan dilində aparması ilə diqqət çəkib.

Bu addım həm Cənubi Azərbaycan əhalisi, həm də dil hüquqları uğrunda mübarizə aparan çevrələr tərəfindən müsbət qarşılanıb və ölkə rəhbərliyi səviyyəsində azərbaycan dilinə verilən dəyərin göstəricisi kimi dəyərləndirilir.

Qeyd edək ki, Urmiya gölünün quruması son illərdə bölgədə ciddi ekoloji və sosial problemlərə səbəb olub. Hazırda gölün xilas edilməsi istiqamətində müxtəlif layihələr müzakirə olunur.

Error loading media: File could not be played
00:00
00:00
 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR