İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian pinqivin görmək üçün Antarktdidaya gedən köməkçisini QOVDU!

 

İran prezidenti Məsud Pezeşkian Antarktidaya pinqvin görmək üçün səfər edən parlament məsələləri üzrə köməkçisi Şəhram Dəbirini vəzifəsindən azad edib.

Musavat.com xəbər verir ki, buna səbəb məmurun Novruz bayramı günlərində bahalı istirahət turuna çıxması olub.

Rəsmi məlumata görə, Pezeşkian bildirib ki, xalqın ciddi iqtisadi təzyiqlərlə üzləşdiyi bir zamanda dövlət vəzifəlilərinin, hətta şəxsi hesablarına belə, dəbdəbəli səfərlərə çıxması qəbuledilməzdir.

“Novruz bayramında Antarktidaya istirahət səfərində olmağınız təsdiqləndi. İnsanlara iqtisadi təzyiqlərin yüksək olduğu bir şəraitdə məmurların hətta şəxsi hesabına belə bahalı istirahət səfərləri müdafiə oluna və əsaslandırıla bilməz”, – deyə İran prezidenti sərt açıqlamasında bildirib.

Şəhram Dəbiri sosial şəbəkələrdə ailəsi ilə birlikdə kruiz gəmisində çəkilmiş fotoları ilə gündəmə gəlmişdi. Səfərin məqsədinin “pinqvinləri görmək” olduğu iddia edilir.

Pezeşkianın bu addımı İran cəmiyyətində müxtəlif reaksiyalara səbəb olub. Bəziləri prezidentin prinsipial mövqeyini alqışlayır, bəziləri isə bu qərarın siyasi mesaj daşıdığını düşünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR