İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovun yalanı “Sky News”un efirində ifşa olundu - VİDEO

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Kiyev vilayətinin Buça şəhərində törədilən hadisələrdə Rusiya hərbçilərinin iştirak etməməsi ilə bağlı efirdə danışarkən ifşa olunub.

Musavat.com xəbər verir ki, “Sky News” telekanalının efirində Peskova Rusiya zirehli avtomobilinin ekipajının velosiped sürən qadını güllələdiyi anın videosu nümayiş etdirilib.

Kremlin sözçüsü bu tankın Rusiya hərbçilərinə məxsus olmasına şübhə edib.

Cavab olaraq aparıcı zirehdə “V” hərfini aydın şəkildə göstərən böyüdülmüş çərçivəni göstərib.

Verilişin tam hissəsinə aşağıdan baxa bilərsiniz: 

Toğrul İSMAYIL,
Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR