Onlayn ictimai-siyasi qəzet
"Ermənistanın baş naziri Nikol Paşinyan Bişkek sammitinə gəlməsə də, Moskva İrəvanla dialoqunu davam etdirir".
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Paşinyanın bu addımına hörmətlə yanaşdıqlarını bildirib.
"Bunun üçün Paşinyanın öz səbəbləri var və biz buna hörmətlə yanaşırıq. Bu o demək deyil ki, biz əlaqələrimizi dayandırırıq. Dialoqumuzu davam etdiririk. Ermənistan bizim müttəfiqimiz və qonşumuzdur. Bizi ortaq tarix və ümumi gələcək birləşdirir", - deyə Peskov qeyd edib.
Musavat.com
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ