İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan Ər-Riyad görüşü barədə açıqlama: “Ölkə rəhbərliyinə hesabat göndərilib”

“Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda texniki məsləhətləşmələr aparıb və artıq hər iki ölkənin rəhbərliyinə hesabatlar göndəriblər. Ona görə də danışıqların məzmunu ictimaiyyətə açıqlanmayacaq”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Onun sözlərinə görə, söhbət texniki danışıqlardan gedir: "Texniki danışıqlarda bütün təfərrüatlar var. Ona görə də təbii ki, bu danışıqların məzmunu mütləq ictimaiyyətə açıqlanmayacaq. Bunu gözləmək lazım deyil.

İndi nümayəndə heyətlərinin paytaxtlara verdiyi hesabatlar təhlil edilir və yalnız bundan sonra hansısa anlaşmadan danışmaq mümkün olacaq", - deyə Peskov əlavə edib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının paytaxtında Rusiya ilə ABŞ arasında məsləhətləşmələr keçirilib. 12 saatdan çox davam edən görüş Ukrayna münaqişəsinin həlli ilə bağlı bir neçə məsələyə həsr olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Mart 2025

27 Mart 2025

BÜTÜN XƏBƏRLƏR