İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Xersondan qaçışın Putinin nüfuzuna böyük və alçaldıcı zərbə olduğunu İNKAR ETMƏDİ

Peskov rus ordusunun Xersondan qaçışının Putinin nüfuzuna böyük və alçaldıcı zərbə olduğuna etiraz etməyib.

Konkret.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov rus qoşunlarının Xersondan qaçmasının onun reputasiyasının necə alçaldılacağına dair şərh verməkdən imtina edib. Bununla belə, o, bunun Rusiya Federasiyası liderinin nüfuzuna böyük zərbə olacağını inkar etməyib.

Belə ki, xarici jurnalistlərdən biri Peskova birbaşa sual verib: “Cəmi bir neçə həftə əvvəl Xersondan geri çəkilməyin Vladimir Putinin nüfuzuna böyük zərbə olduğunu, hətta onu alçaldacağını söyləyən ekspertlərin açıqlamalarına münasibət bildirə bilərsinizmi? Prezident Kremldə böyük bir mərasimdə Xerson və Rusiyanın əbədi bir yerdə olacağını söyləmişdi?”.

Peskov belə açıq şəkildə sual gözləmirdi, amma yenə də birbaşa cavabdan yayınıb. Bir sözlə, mənasız cavab verib.

“Qulaq asın, çoxlu müxtəlif ekspertlər var. Sizin dediyiniz kimi deyən ekspertlər var, əksini söyləyən ekspertlər var. Heç birinə münasibət bildirmək istəməzdik. Xüsusi hərbi əməliyyat davam edir”.

Peskov onu da əlavə edib ki, Kreml Xersonun Rusiya Federasiyasına “ilhaq edilməsi” şərəfinə təşkil edilən təmtəraqlı mərasimdən təəssüflənmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR