İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Türkiyənin ŞƏT-ə daxil olmasına əsas əngəlin adını çəkib  

Kreml Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmaq planlarından xəbərdardır, lakin indiyədək buna NATO mövzusunda fikir ayrılıqları mane olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Həqiqətən, biz Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətindən xəbərdarıq. Bununla belə, ölkənin təşkilata daxil olmasının dəqiq tarixi hələ məlum deyil, çünki Moskva və Ankara arasında “Türkiyənin NATO üzvü kimi öhdəlikləri və mövqeyi ilə bağlı müəyyən fikir ayrılıqları var”,-deyə Kreml nümayəndəsi söyləyib.

Qeyd edək ki, bu il iyulun 12-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankaranın ŞƏT-ə üzv olmaq məqsədini açıqlayıb. Türkiyə prezidentinin sözlərinə görə, o, artıq bu məsələni Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Qasım-Jomart Tokayev, eləcə də Çin rəhbəri Si Cinpinlə müzakirə edib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin ŞƏT-i Türkiyənin 1999-cu ildən namizəd olmağa çalışdığı Avropa İttifaqına “yaxşı alternativ” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR