İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Ermənistanın Avrasiya İttifaqında iştirakının dayandırılmasına münasibət bildirib  

“Ölkələrin Avrasiya İqtisadi İttifaqına (Aİİ) inteqrasiyası iştirakçı ölkələrin sürətli inkişafını təmin edir və bunun davam etdirilməsi onların maraqlarına uyğundur”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Aİİ-də iştirakını dayandırmaqla bağlı xəbərlərə bu sözlərlə reaksiya verib.

Jurnalistlərdən biri Kremlin Ermənistanın Aİİ-də iştirakının dayandırmasının risklərini görüb-görmədiyini soruşub. Çünki bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla bağlı Kollektiv Təhlükəsizlik Müqavilənin guya yerinə yetirilmədiyini və İrəvanın KTMT-də iştirakını dondurduğunu bildirmişdi. Daha sonra təşkilatın katibliyi rəsmi İrəvanın üzvlüyünün dayandırılması ilə bağlı müraciətinin ona daxil olmadığını açıqlamışdı.

“Cavab olaraq sizə yalnız bir şeyi deyə bilərəm: ümumilikdə inteqrasiya prosesinin özü çox uğurludur və iştirakçı ölkələr üçün sürətli inkişafı təmin edir. İştirakçı ölkələr bunu bilirlər. Üzv dövlətlərin ÜDM-nin illik artım templərində Avrasiya İqtisadi inteqrasiya prosesinin payı daha çox nəzərə çarpır”, - deyə Peskov söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR