Onlayn ictimai-siyasi qəzet
ABŞ Təhlükəsizlik Şurasının Ağ Evdə keçirilən qapalı iclası İrana qarşı hərbi əməliyyatla bağlı qərar qəbul edilmədən başa çatıb.
Musavat.com “The Wall Street Journal”a istinadən xəbər verir ki, iclasda Vaşinqtonun Tehrana qarşı əməliyyatda hərbi iştirakı “müzakirə olunan bir neçə variantdan biri” olub, lakin ABŞ rəhbərliyi bundan sonrakı addımlar barədə qərar verə bilməyib.
Eyni zamanda vurğulanır ki, belə bir müzakirə faktının özü də gərginliyin dərəcəsini artırıb, çünki məlum olub ki, ABŞ İran probleminin güc yolu ilə həlli imkanlarını nəzərdən keçirir.
Bundan əvvəl ABC News xəbər vermişdi ki, Vaşinqtonun İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması ilə bağlı qərar yaxın 24-48 saat ərzində verilə bilər. İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, yəhudi dövlətinin rəsmiləri də ABŞ-ın İsrail əməliyyatında iştirak etməyə yaxın olduğuna inanır.
Ağ Evdə konkret qərarın olmamasına baxmayaraq, müşahidəçilər yaxın 24 saat ərzində onun veriləcəyini istisna etmirlər.
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ