İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Tehranda İranın hərbi və nüvə obyektlərini vurdu – RƏSMİ AÇIQLAMA (VİDEO)

İsrail Müdafiə Ordusu (ÇAXAL) çərşənbə gecəsi İranın paytaxtı Tehran ətrafında yerləşən hərbi obyektlərə genişmiqyaslı hava zərbələri endirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, rəsmi məlumatda bildirilir ki, 50-dən çox qırıcı təyyarə İsrail Hərbi Hava Qüvvələrinin kəşfiyyat idarəsinin dəstəyi ilə uran zənginləşdirən sentrifuqaların istehsal edildiyi obyektə zərbə endirib. İsrail tərəfi bu obyektin nüvə silahı proqramı üçün istifadə olunduğunu iddia edir.

"Sülhməramlı nüvə proqramı üçün yüksək səviyyədə uran zənginləşdirilməsi tələb olunmur", – deyə bəyanatda qeyd olunub.

Bundan əlavə, zərbələrin ballistik raketlərin komponentləri, yer-yer raket sistemləri, həmçinin İranın PUA-lara qarşı hava hücumundan müdafiə sistemləri istehsal edən müəssisələri hədəfə aldığı bildirilir.

ÇAXAL bu əməliyyatların İranın nüvə silahı hazırlamaq və raket imkanlarını zəiflətmək məqsədi daşıdığını vurğulayıb.

@@TVmusavat/118282@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR