İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov bu suallar qarşısında aciz qaldı - "Taxıl sazişi" ilə bağlı YENİ GƏLİŞMƏ

Rusiyanın Ukrayna limanlarından taxıl ixracına icazə verən Taxıl Dəhlizi Sazişini dayandırmaq qərarından sonra rəsmilər açıqlamalar verməkdə davam edir.

Musavat.com xəbər verir ki, bu gün Kremlin sözçüsü Dmitri Peskov Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə razılaşma ilə bağlı danışıqları davam etdirdiklərini bildirib.

Jurnalistlərin Rusiyanın taxıl müqaviləsinə qayıdıb-qayıtmayacağı ilə bağlı sualına Peskov “Bu barədə hazırda nəsə demək mənim üçün çətindir” deyə cavab verib.

"Buna baxmayaraq Türkiyə və Birləşmiş Millətlər Təşkilatı ilə danışıqlar diplomatik qurumlarımız vasitəsilə davam etdirilir. Bu bölgələrə gedən və gələn gəmilərin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyimizi bildirdiyimiz üçün bu şərtlərlə razılaşmanı reallaşdırmaq mümkün deyil" - Peskov bildirib.

Müqavilədən çıxmalarının səbəbi kimi Ukraynanı günahlandıran Peskov deyib: "Ukrayna tərəfinin hərəkətləri bu müqavilənin dağılmasına səbəb olub və zəmanətli təhlükəsizlik atmosferini korlayıb. Başa düşmək lazımdır ki, razılaşmanın pozulması Ukrayna tərəfinin hərəkətləri ilə bağlıdır”.

Birləşmiş Millətlər Təşkilatından verilən açıqlamada isə bildirilib ki, bu gün 12-si gedən, 4-ü gələn 16 gəminin fəaliyyət planı ilə bağlı Ukrayna və Türkiyə ilə razılığa gəlinib: "Müqavilə ilə bağlı Moskva məlumatlandırılıb. Bu gün Ukrayna limanlarından çıxan 40 gəmi yoxlanacaq".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi şənbə günü Taxıl Dəhlizi Sazişini dayandırdığını açıqlamışdı.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR