İnsanlara hürriyət, millətlərə istiqlal!

Peşəkar poker oyunçusunu zorlayaraq yandıran 62 yaşlı kişi ömürlük həbs olundu

Bütün bədəni yanmış halda tapılan 33 yaşlı peşəkar poker oyunçusu Susie Zhaonun qatili uzun sürən axtarışlardan sonra yaxalanıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmənin qatilə verdiyi hökm bəlli olub.

Qatil məhkəmə tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.

Ailəsi ilə birlikdə ABŞ-ın Miçiqan ştatında yaşayan Zhao tez-tez Los-Anceles və Las Veqasa səfər edirdi. Zhaonu sonuncu dəfə iyulun 12-də saat 17:30 radələrində anası görüb. Zhao evdən çıxanda anası bir az narahat olsa da, qızına bəlli etməyib. Onun narahatlığının ən böyük səbəbi çox sevdiyi qızının bu yaxınlarda şizofreniya xəstəliyinə tutulması olub.

 Profesyonel poker oyuncusunu canlı canlı yaktı Cadılar bayramı şakası sandılar

Gənc qadın tez-tez getdiyi oteldə bir kişi ilə tanış olub. Zhaonun cəsədi 2020-ci ildə iyulun 13-də səhər saat 8:30 radələrində Detroit şəhərindəki dayanacaq yaxınlığında tapılıb. Gənc qadının cəsədi 90 faiz yanmış halda tapılıb.

Polis əvvəlcə Zhaonun ölüm səbəbini açıqlamayıb. Daha sonra ekspertiza nəticəsində gənc qadının zorlandığı üzə çıxıb. O da məlum olub ki, Zhao kəndirlərlə bağlanıb və üzərinə benzin tökülərək diri-diri yandırılıb.

 Profesyonel poker oyuncusunu canlı canlı yaktı Cadılar bayramı şakası sandılar

Zhaonun öldürüldüyü gecə tanış olduğu adamın 62 yaşlı Ceffri Morris olduğu ortaya çıxıb. 1989-cu ildə cinsi təcavüz cinayətinə görə məhkum edildiyi bildirilən Morris 2020-ci ilin avqust ayında tutulub. Təxminən 2 il davam edən məhkəmə prosesi nəticəsində Morris ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, peşəkar poker oyunçu Susie Q kimi tanınan 33 yaşlı Susie Zhao 2012-ci il dünya çempionatında 73.000 dollar qazanaraq 90-cı yeri tutmuşdu.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR