İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pervıy kanal”ın keçmiş redaktoru axtarışa verilib

Rusiya Daxili İşlər Nazirliyi “Pervıy kanal”ın (“Birinci kanal”) keçmiş redaktoru Marina Ovsyannikovanı axtarışa verib.

Məlumata görə, jurnalistə qarşı yeni cinayət işi açılıb, lakin ona qarşı hansı ittihamın irəli sürüldüyü hələlik məlum deyil.

Xatırladaq ki, M.Ovsyannikova Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan saldığına və razılaşdırılmamış mitinqlərdə iştiraka çağırdığına görə üç dəfə, ümumilikdə 120 min rubl məbləğində (3 400 manat) cərimələnib.

Qeyd edək ki, M.Ovsyannikova “Pervıy kanal”da “Vremya” xəbərlər proqramının canlı efirində Ukraynadakı müharibənin əleyhinə şüar yazılmış plakatla etirazını bildirmişdi.

Mənbə: RT

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR