İnsanlara hürriyət, millətlərə istiqlal!

Peruda etiraz aksiyasında 53 nəfər öldürüldü - Tarixi binanı yandırdılar

Peruda keçmiş prezident Kastilonun vəzifədən uzaqlaşdırılmasından sonra başlayan aksiyalar davam edir.

Musavat.com xəbər verir ki, prezident kürsüsündə oturan Boluartenin istefasını və vaxtından əvvəl seçki keçirilməsini tələb edən etirazçılar bu dəfə ölkənin ikinci ən böyük hava limanına Arekipa soxulmağa çalışaraq polislə toqquşub.

Digər tərəfdən paytaxt Limada tarixi binada yanğın baş verərkən minlərlə insan "Limanı götür" şüarı ilə küçələrə çıxıb. Hadisələrdə ölənlərin ümumi sayı 53-ə yüksəlib.

Peru'da protestocular, ülkenin en büyük ikinci havaalanına zorla girmeye çalıştı

Qeyd edək ki, Nəqliyyat və Rabitə Nazirliyi hadisələrlə əlaqədar hava limanının müvəqqəti bağlandığını açıqlayıb. Sosial mediada əks olunan görüntülərdə metal hasarları sındıraraq hava limanına daxil olmağa çalışan etirazçılar var. Nümayişlər zamanı polislə nümayişçilər arasında baş verən qarşıdurma nəticəsində molotov kokteylinin tarixi binanın damına dəyməsi nəticəsində yanğın baş verib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

11 dekabr 2022-ci ildən bəri hökumət əleyhinə başlayan nümayişlərdə həyatını itirənlərin sayı biri polis olmaqla 53-ə çatıb, yaralananların sayı isə 750-ni keçib.

Musavat.com

Peru'da protestocular, ülkenin en büyük ikinci havaalanına zorla girmeye çalıştı

Peru'da protestocular, ülkenin en büyük ikinci havaalanına zorla girmeye çalıştı

Peru'da protestocular, ülkenin en büyük ikinci havaalanına zorla girmeye çalıştı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR