İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqondan müdafiə şirkətlərinə DƏSTƏK

Pentaqon silah ehtiyatlarını artırmaq üçün müdafiə şirkətlərinə 9,7 milyard dollar köçürüb.

Musavat.com-un xəbərinə görə, planlaşdırılan 6 milyard dollardan 2,3 milyardı “Lockheed Martin”ə köçürülüb. Vəsait xüsusən GLMRS sistemi üçün idarə olunan raketlərin istehsalına yönəldiləcək.

“Lockheed Martin” və “RTX Corporation” şirkətlərinin birgə istehsalı sayılan “Javelin”ə raket sistemlərinin ehtiyatını bərpa etmək üçün 1,4 milyard dollar ayrılıb.

“RTX” həmçinin “Patriot” zenit-raket sistemlərinin təkmilləşdirilməsinə və “Stinger” sistemləri üçün əvəzedici raketlərin istehsalına görə əlavə maliyyə vəsaiti alıb. Bu günə qədər Pentaqon həmçinin Ukraynanın hərbi ehtiyaclarını ödəmək, xüsusən də Kiyevi hava hücumundan müdafiə sistemləri və sursatla təmin etmək üçün Amerika şirkətlərinə 7 milyard dollar köçürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR