İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon şefinin müşaviri cəzalandırıldı

ABŞ müdafiə naziri Pit Heqsetin müşaviri Den Kolduel informasiya sızdırdığı üçün inzibati məzuniyyətə göndərilib.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, Kolduelin Müdafiə Nazirliyindən məlumat sızmasındakı rolu təsdiqlənib və o, aprelin 15-də Pentaqondan uzaqlaşdırılıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp gizli söhbətlərin sızmasından sonra ABŞ müdafiə naziri Pit Heqseti istefaya göndərmək ideyasını rədd etmişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl Amerikanın “The Atlantic” jurnalı baş redaktor Ceffri Qoldberqin Yəməndə husilərə qarşı mümkün hücumla bağlı “Signal”da ABŞ rəsmilərinin gizli söhbətinin məzmununu açıqlayan eksklüziv məqaləsini dərc etmişdi. Onun gizli qrupa əlavə edilməsində Pentaqon rəhbərinin müşavirinin rolu araşdırılırdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR