İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon rəhbərinin imzaladığı gizli sənəd: Əsas təhdid Çindən gəlir...

ABŞ müdafiə naziri Pit Heqset ölkə ordusunun diqqətini Çinin Tayvanı ələ keçirməsinin qarşısını almağa və Avropa ölkələri və digər müttəfiqlərin yardımı ilə bəzi təhdidlərin qarşısını almaqla ABŞ-ın müdafiəsini gücləndirməyə yönəldir.

Musavat.com xəbər verir ki, bu, The Washington Post-un yaydığı məxfi daxili sənəddə yer alıb.

Qeyd edilir ki, “Müvəqqəti Milli Müdafiə Strateji Rəhbərliyi” kimi tanınan və əksər hissələrdə “məxfi” qeydi olan sənəd martın ortalarında Pentaqonda yayılıb və Heqset tərəfindən imzalanıb. O, ABŞ Prezidenti Donald Trampın Pekinlə potensial müharibəyə hazırlaşmaq və qalib gəlmək, Vaşinqtonu Qrenlandiya və Panama kanalı da daxil olmaqla xarici təhlükələrdən qorumaq vizyonunun həyata keçirilməsini əks etdirir.

Bundan əlavə, memorandum yüksək vəzifəli Pentaqon rəsmiləri üçün prioritetləri və bu işin həyata keçirilməsi konsepsiyasını müəyyən edir. Xüsusilə hərbçilərə qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə birbaşa və daha aktiv rol almaq əmri verilib.

Nəşr vurğulayır ki, Heqsetin memorandumunda Çinin Tayvana potensial işğalı müstəsna bir ssenari kimi təsvir edilir və qeyd olunur ki, bu, digər potensial təhlükələrdən üstün tutulmalıdır. Sənədə əsasən, ABŞ-ın nəhəng hərbi arxitekturası Hind-Sakit okean regionuna istiqamətləndirilməlidir.

Bundan əlavə, memorandum bir daha təsdiq edir ki, ABŞ Avropa, Yaxın Şərq və Şərqi Asiyadakı müttəfiqlərinə müdafiəyə daha çox vəsait xərcləmək və Rusiya, Şimali Koreya və İrandan gələn təhdidlərin qarşısının alınmasında aparıcı rol oynamaq üçün daha böyük təzyiq göstərəcək.
Nəşr əlavə edib ki, sənəd həm də Pentaqonun diqqətini ABŞ-a zərbə vurmağa qadir və bu niyyətdə olan qruplara qarşı antiterror missiyalarına yönəldəcəyini nəzərdə tutur. Prioritet Yaxın Şərq və Afrikada regionda sabitliyi pozan, lakin beynəlxalq hücumlar həyata keçirmək ambisiyaları olmayan yaraqlılara veriləcək.

Sənəddə deyilir ki, Pentaqon öz silahlı qüvvələrini inkişaf etdirəcək və Çinlə mübarizəyə üstünlük verəcək. Rusiyadan gələn təhlükəni ilk növbədə Avropa müttəfiqləri neytrallaşdırmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR