Onlayn ictimai-siyasi qəzet
“Çinlə müharibənin nə yaxın, nə də qaçılmaz olduğunu düşünürəm”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Austin şənbə günü Sinqapurda Şanqri-La müdafiə forumunda danışıb.
Halbuki cümə gecəsi eyni forumda çıxış edən Filippin prezidenti Ferdinand Markos, təhlükənin real olduğunu deyib.
Onun sözlərinə görə, Cənubi Çin dənizində Çinin fəaliyyəti nikbinlik üçün əsas vermir.
Öz növbəsində Lloyd Austin prezident Markosun “Filippinin beynəlxalq hüquqa uyğun olaraq suveren hüquqlarını müdafiə edəcəyi” ilə bağlı cəsarətli çıxışına görə təbrik edib.
O, ABŞ-ın Filippin qarşısında olan öhdəliyinin “sarsılmaz” olduğunu söyləyib və Çinlə dialoqun vacibliyini vurğulayıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ