Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi “Nyu-York Tayms” qəzetinin Pentaqon rəhbəri Pit Heqsetin ailə söhbətində Yəməndə “Ənsarallah” üsyançılarına zərbələr endirilməsi ilə bağlı məlumat paylaşdığı xəbərini təkzib edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şöbə materialı “saxta” adlandırıb və yazışmalarda məxfi məlumatların olmadığını bildirib.
Müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib ki, hekayənin necə izah olunmasından asılı olmayaraq “Siqnal” söhbətlərinin heç birində məxfi məlumat yox idi. “Doğru olan budur ki, müdafiə nazirinin ofisi güclənməyə və prezident Trampın gündəliyini həyata keçirməkdə daha effektiv olmağa davam edir”, - Pentaqon sözçüsü bildirib.
“Nyu-York Taims” daha əvvəl bildirmişdi ki, Pit Heqset Yəməndəki “Ənsarallah” döyüşçülərinin mövqelərinə hərbi zərbələrin təfərrüatlarını arvadı, qardaşı və vəkilinin daxil olduğu çat qrupuna göndərib. Nəşrin məlumatına görə, məlumat Pentaqonun rəsmi açıqlamalarından əvvəl çata daxil olub.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ