İnsanlara hürriyət, millətlərə istiqlal!

Penitensiar xidmətdə qulluq etmək istəyənlər BU YAZINI OXUSUN - RƏSMİ

02.09.2023-cü il tarixdə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov Xidmətdə kiçik rəis heyətində işə qəbulla bağlı müraciət etmiş namizədlərin sıra baxışını keçirib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən xəbərə görə, nazir müavini onların zahiri görkəmi, fiziki hazırlığı, bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Kütləvi informasiya vasitələri, Penitensiar xidmətin rəsmi saytı və sosial şəbəkə səhifələrində əvvəlcədən dərc edilmiş elana uyğun olaraq müraciət etmiş namizədlərdən 150 nəfər, o cümlədən 37 nəfər vətən müharibəsi iştirakçısı və 1 nəfər şəhid ailəsi üzvü növbəti seçim mərhələsinə buraxılıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR