İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseyn 25 partiyanın dövlət qurumları ilə görüşündən yazdı: "Mənim fikrimcə..."

 

Xəbər verdiyimiz kimi siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub.

Musavat.com xəbər verir ki, Xalq partiyasının sədri Pənah Hüseyn görüşlə bağlı açıqlama verib, təəssüratlarını paylaşıb:

“16 may 2024-cü il tarixdə siyasi partiyaların iştirakı ilə keçirilmiş tədbir haqqında KİV- dən gələn çoxsaylı  suallarla bağlı aşağıdakıları bildirirəm:

  1. Tədbir “Dəyirmi masa” tipli idi. “Hilton” otelin konfrans zalında keçirildi. Təşkilatçı Prezident Administrasiyası idi.
  2. Konkret mövzu “Siyasi partiyalar haqqında qanunun tətbiqi məsələləri” idi və təşkilatçı tərəfindən hakimiyyətlə siyasi partiyalar arasında siyasi dialoq prosesinin tərkibi, eyni zamanda maarifləndirici tədbir kimi təqdim edildi və bu məzmunda idi.
  3. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 25-nin nümayəndələri təmsil olunmuşdu. Prezident Administrasiyasının əməkdaşlarından əlavə AR Ədliyyə Nazirliyinin, Maliyyə Nazirliyinin,  Mərkəzi Seçki Komissiyasının və Hesablama Palatasının bu sahəyə  məsul rəhbər işçiləri iştirak edirdilər və məruzə  etdilər.

    Habelə tədbirdə  iştirak edən 25 siyasi partiyadan  20-sinin təmsilçisi çıxışlar etdi. Çıxışlarda tədbirin konkret mövzusu ilə yanaşı ölkənin siyasi həyatının, qarşılıqlı siyasi fəaliyyətlərin aktual problemlərinin daha geniş spektri  əhatə edildi. Ümumilikdə tədbir 4 saatdan çox çəkdi.  Mənim rəyimə görə  istər siyasi, istərsə də maarifləndirici baxımdan ümumən faydalı oldu”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR