İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın sonu yaxınlaşır – Yerinə O GƏLƏCƏK?!

Siyasi ekspertlərin fikrincə, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hazırkı cəhdləri siyasi manevrdən, daha dəqiq desək, blefdən ibarətdir. Onun nə beynəlxalq aləmdə, nə də regionda əvvəlki nüfuzu qalmayıb. Ekspertlər bildirirlər ki, Köçəryan nəinki xarici dəstəkdən, hətta ölkə daxilində də ciddi sosial-siyasi dayaqlardan məhrumdur.

Hazırda Köçəryanı dəstəkləyən yeganə qruplar – onun kiçik siyasi tərəfdar qrupu, bəzi kilsə təmsilçiləri və Rusiyada müəyyən dairələrdir. Bu isə onun Ermənistanın mövcud siyasi xəttini dəyişmək gücündə olmadığını göstərir. Ekspertlər hesab edir ki, Rusiya üçün də bu gün Köçəryan kimi nüfuzunu itirmiş bir fiquru önə çıxarmaq əvəzinə, yeni siyasi sima yetişdirmək daha məqsədəuyğundur.

“Rusiyanın bölgədə maraqları var və bu maraqların qorunması üçün həmin ərazidə az da olsa etimad qazanan bir siyasi fiqura ehtiyac duyulur. Köçəryan isə artıq erməni cəmiyyətində “keçmişin adam”', korrupsiya və zorakılıqla assosiasiya olunan bir simadır,” – deyə siyasi şərhçilər qeyd edirlər.

Onların fikrincə, Köçəryanın əvvəllər müəyyən qədər təsir imkanına sahib olması Qarabağdakı işğal vəziyyəti və seperatizm dalğası ilə əlaqədar idi. O dövrdə Ermənistanı “qalib” kimi göstərən ritorika cəmiyyətin bir hissəsində ona dəstək qazandırmışdı. Lakin bu gün regional reallıqlar tamamilə dəyişib. Azərbaycanın əldə etdiyi qələbə fonunda Köçəryan kimi şəxslərin siyasi ambisiyaları həm gülünc, həm də təhlükəli görünür.

Siyasi təhlilçilər bildirirlər ki, Azərbaycan bu illər ərzində sülhə sadiq qalmaq mövqeyini qoruyub, amma Ermənistan dialoq qabiliyyəti olmayan tərəf kimi davranmağa davam edib. Bu baxımdan, Köçəryanın Paşinyanı devirmək iddiaları real siyasi perspektivdən uzaqdır və daha çox daxili auditoriyanı çaşdırmaq üçün nəzərdə tutulan taktik manevrlərdir.

“Bu, sadəcə siyasi blefdir. Regionda status-kvo dəyişib və bu dəyişikliklərin Köçəryan kimi fiqurlar üçün yer buraxmadığı aydındır,”– deyə ekspertlər yekunlaşdırırlar./“Yeni Sabah”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR