Onlayn ictimai-siyasi qəzet
Paşinyanın reytinqi aşağı düşür.
Musavat.com.un məlumatına görə, “Gallup” beynəlxalq araşdırma mərkəzinin Ermənistan ofisinin direktoru bildirib ki, Nikol Paşinyanın şəxsi reytinqi və onun partiyasının reytinqi aşağı düşməkdə davam edir.
Sorğunun nəticələrinə görə, respondentlərin 54,8%-i Ermənistanın baş nazirinin işini mənfi qiymətləndirib. Eyni zamanda, respondentlərin yalnız 14,4%-i hakim “Mülki Müqavilə”nin lehinə səs verəcək.
Müxalifətin, o cümlədən revanşistlərin daha az populyar olması da maraqlıdır. Belə ki, respondentlərin 3,7 faizi “Ermənistan” blokuna, 2,3 faizi “Şərəf duyuram” blokuna, 1 faizi “Vətən naminə” partiyasının liderinə, 1,5% Baqrat Qalstanyanın hərəkatına səs verməyə hazırdır.
Eyni zamanda, indi keçirilsəydi, seçkilərdə iştirak etməyəcəklərini söyləyənlərin faizi həmişəkindən çox - 32,5 faizdir.
Respondentlərin daha 8,6%-i səsini heç kimə verməyəcəyini bildirib, 7,1%-i cavab verməkdən imtina edib, 22,5%-i cavab verməkdə çətinlik çəkib.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ