İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyasından Ermənistanın keçmiş müdafiə nazirinə cavab gəldi-“Ayıbdır”  

“Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın “azərbaycanlılar Ermənistanın dövlət sərhədini pozduqları təqdirdə onlara atəş açmaq əmri verdiyim üçün işdən qovuldum” sözləri cəfəngiyatdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 5-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim partiyanın deputatı Arman Yeqoyan deyib.

“Burada şərh ediləcək bir şey yoxdur. Sizcə ciddi şəkildə buna şərh verməliyəm? Bağışlayın, lakin belə suallar hətta təhqiramiz səslənir”, - deyə Yeqoyan bildirib.

Millət vəkili jurnalistləri hadisələrin xronologiyasını izləməyə dəvət edib.
Erməni deputatın sözlərinə görə, Ermənistan hakimiyyətinin Ruben Vardanyanın saxlanılması xahişi ilə Azərbaycan hakimiyyətinə müraciət etdiyi ittihamlar da cəfəngiyatdır.

“Sadəcə ayıbdır! İnsanlar belə cəfəngiyatların köməyi ilə siyasi sahəyə girə biləcəklərinə inanırlar. Mən nə deyəcəyimi belə bilmirəm",-deyə Yeqoyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR