İsrailin baş naziri Benyamin Netanyahu rəsmi səfərlə ABŞ-ın paytaxtı Vaşinqtona gedib.
Musavat.com xəbər verir ki, İsrail mediasının məlumatına görə, o, Vaşinqtondan 24 km aralıda yerləşən Endryus hərbi bazasına eniş edib.
Səfər çərçivəsində Netanyahu ABŞ prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkofla görüşlər keçirəcək.
Danışıqlarda əsas gündəm mövzularının Yaxın Şərqdəki vəziyyət və təhlükəsizlik məsələləri olacağı bildirilir.
ŞƏRHLƏRŞƏRH YAZ