İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məşhur yenidən ata oldu – Bu dəfə başqa qadından…

Dünyaca məşhur futbolçu Neymar bir daha ata olma sevincini yaşayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ulduz futbolçu və həyat yoldaşı Bruna Biankardi yeni doğulan qız övladlarını sosial media vasitəsilə izləyicilərlə bölüşüblər.

Cütlüyün ikinci ortaq övladı olan Mel adlı körpə bu günlərdə dünyaya gəlib. Neymar paylaşımında bu sözlərlə sevincini ifadə edib:

“Melimiz gəldi, həyatımıza daha çox şirinlik qatdı. Xoş gəlmisən, gözəl qızım! Allah səni qorusun və yolunu hər zaman açıq etsin.”

Xatırladaq ki, bu Neymarın dördüncü övladıdır və ulduz futbolçu indiyədək üç fərqli qadından valideyn olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR