İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzza əməliyyatları dayandırılsın – İsrail ordusunun rəhbərindən xəbərdarlıq

İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsinin israilli girovların həyatı üçün ciddi təhlükə yaratdığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazıb.

Məlumata görə, Zamir HƏMAS-ın hərbi yolla zəiflədilməsi strategiyasının effektivliyinə şübhə ilə yanaşır və mövcud vəziyyətdə razılaşmanın daha real yol olduğunu düşünür.

Buna baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahu əvvəlki mövqeyində qalaraq, HƏMAS-ın hakimiyyətdən kənarlaşdırılması və radikal qruplaşmanın tam tərksilah olunmasının zəruri olduğunu vurğulayıb.

Qəzet qeyd edir ki, İsrail rəhbərliyi daxilində HƏMAS-la bağlı strategiyaya münasibətdə ciddi fikir ayrılıqları yaranıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR