Onlayn ictimai-siyasi qəzet
Elm və Təhsil Nazirliyi kimya müəllimlərinin etirazına reaksiya vermir
İyunun 24-də keçirilən sertifikasiya imtahanın nəticələrindən şikayətçi olan bir qrup kimya müəllimi iyulun 1-də Elm və Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
Musavat.com-a müraciət edən müəllimlər bildiriblər ki, imtahan sualları proqrama uyğun tərtib olunmayıb. Müəllimlər sualların həddən artıq riyaziləşdirildiyini qeyd ediblər. Kimya müəllimləri araşdırma aparılmasını, imtahanın yenidən, ədalətli şəkildə təşkil edilməsini tələb ediblər.
https://musavat.com/news/arasdirma-aparin-kimya-muellimleri-nazirliyin-qarsisinda-toplasib-video_1180951.html
Müəllimlərdən biri bildirib ki, ETN-nin əməkdaşları Həcər Hacıyeva və Vüsal Həsənov onları qəbul edib, fikirlərini dinləyiblər, lakin bir həftə keçməsinə baxmayaraq, yekun nəticə barədə onlara heç nə deyilmir.
Musavat.com aksiya keçirilən gün ETN-nin mətbuat katibi Səbuhi Rzayevə şikayət ilə bağlı sorğu göndərib, lakin sorğuya cavab ala bilməyib.
Redaksiyamıza yenidən müraciət edən müəllimlər bildirirlər ki, əgər imtahan yenidən keçirilməsə, məhkəməyə müraciət edəcəklər, haqlarını sona qədər qoruyacaqlar.
Nigar HƏSƏNLİ,
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ