İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Gümrüdə rus qoşunlarının gücləndirilməsi ilə bağlı bəyanatı təkzib edir

Ermənistan Xarici İşlər Nazirliyi Ukrayna Baş Kəşfiyyat İdarəsinin Rusiyanın Gümrüdəki bazada hərbi mövcudluğunu artırması ilə bağlı iddialarını rədd edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ermənistan XİN-in açıqlamasına görə, ölkə ərazisi qonşularına qarşı hərbi əməliyyatlar üçün istifadə edilə bilməz.

Mətbuatda yer alan məlumatlara cavab olaraq Ermənistan XİN respublikanın ərazisinin üçüncü dövlətlər tərəfindən heç bir qonşu dövlətə qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün istifadə edilə bilməyəcəyi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyib.

Bundan əvvəl, iyulun 5-də Ukrayna kəşfiyyatı Rusiyanın Ermənistandakı hərbi bazasında şəxsi heyətin artırılmasını intensivləşdirdiyini bildirmişdi. Baş Kəşfiyyat İdarəsindən verilən məlumata görə, bu, Cənubi Qafqaz ölkələrinə siyasi və hərbi təzyiqləri artırmaq üçün edilir.

“Rusiya qoşunlarının Ermənistanda yerləşdirilməsi Kremlin qlobal təhlükəsizlik vəziyyətinin sabitliyini pozmağa yönəlmiş hərtərəfli strategiyasının elementidir. Moskva millətlərarası münaqişəni qızışdırmaqla yanaşı, Qafqazda hərbi mövcudluğunu artırır. Çox güman ki, Azərbaycan və Rusiya Federasiyası arasında münasibətlərin pisləşməsi əvvəlcədən hazırlanıb”, - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bəyanatında deyilirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR