Onlayn ictimai-siyasi qəzet
“2018-ci ildə etirazlar ümummilli idi, ona görə də o zaman baş verənləri indiki və ya digər hərəkatlarla müqayisə etmək mümkün deyil”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Qaqik Melkonyan tərəfindən səslənib.
Onun sözlərinə görə, o zaman xalq “azadlıq mübarizəsi” aparır, hakimiyyətdən qurtulmağa çalışırdı:
“ O zaman heç kim hökumətin dəyişəcəyini düşünmürdü. Bundan əvvəl 2008, 2003, 2015-ci illərdə etiraz aksiyaları keçirilmişdi, lakin 2018-ci ildə bu, ümummilli hərəkata çevrildi. Bu isə ən azı 200 min nəfərin iştirakı deməkdir. Regionların rəqəmlərini də nəzərə alsaq, o zaman iştirak edənlərin sayı 500 minə çatmışdı”,-deyə Melkonyan qeyd edib.
Musavat.com
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ