İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası: “Bizi Bakı ilə ağır diplomatik proses gözləyir”

“Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi olaraq gərgin diplomatik iş davam edir”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentində ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Gevorq Papoyan deyib.

Erməni deputat Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində görüşdən imtina edən Azərbaycanın mövqeyini tənqid edib.

Onun sözlərinə görə, “yerdə” qalan məsələlər tərəflərə sülh müqaviləsi imzalamaq imkanı verir.

“Əlbəttə, maneələr var. Əks halda, saziş bu gün imzalana bilərdi”, - deyə Papoyan bildirib.

Öz növbəsində, hakim partiyanın parlament fraksiyasının katibi Artur Ovannisyan sazişin bu ilin sonuna qədər imzalana biləcəyini istisna etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR