İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı Rusiyanı SSRİ-ni bərpa etmək istəyində günahlandırdı


Rusiya keçmiş Sovet İttifaqını bərpa etmək niyyətindədir və bunu açıq şəkildə edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu bəyanat Ermənistan parlamentinin deputatı, Avropaya inteqrasiya üzrə parlament komissiyasının rəhbəri, hakim Vətəndaş sazişi partiyasının üzvü Arman Eqoyan tərəfindən verilib.

“Rusiya prezidenti Taker Karlsona müsahibəsində bu barədə çox ətraflı və açıq danışır. O, Rusiya siyasətinin motivlərindən bəhs edib. Müsahibə zamanı Putin Qərblə münasibətləri yaxşılaşdırmaq üçün SSRİ-nin özünüməhv yolu tutduğunu, lakin bu yaxşılaşmanın baş vermədiyini bildirdi. Onun sözləri o deməkdir ki, özünü məhv etməyin mənası olmadığına görə hər şeyi bir yerə yığmağa, yəni SSRİ-ni bərpa etməyə çalışmaq lazımdır. Və sonra sadalayır: Ukrayna, Boqdan Xmelnitski, ikinci, üçüncü. Söhbətdə birbaşa Ermənistanın adı çəkilməyib, amma bütün bunları Cənubi Qafqaza layihələndirsəniz, burada hər şey əvvəlki kimi olacaq”, – deyə Eqoyan CivilNet saytına müsahibəsində bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR